NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

“Pir Hüseyn Xanəgahı” və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib

...

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, hər iki qoruq ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

Qoruqlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə nazirliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.

Nəşr edilib : 24.04.2025 16:24