NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Paşinyan: Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir

...

Bizdə artıq sülh var və bu, reallıqdır.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib.

“Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir”, - o qeyd edib.

Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib.

“Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”, - Baş nazir vurğulayıb.

Nəşr edilib : 30.10.2025 10:31