NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

...

Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur və TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinə imkan verəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Paşinyan qeyd edib ki, son iki ildə regiondakı vəziyyət xeyli dəyişib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yolları təxminən bir ildir ki, Ermənistan yüklərinin daşınması üçün açıqdır. O, həmçinin Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin başlandığını elan edib.

Regional nəqliyyat əlaqələrinin perspektivlərindən danışan Baş nazir bildirib ki, yaxın gələcəkdə Ermənistanda TRIPP layihəsi həyata keçiriləcək və bu, regional əlaqələrin blokadasına son qoymağa kömək edəcək.

Nəşr edilib : 09.10.2026 12:08