NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Paşinyan AŞPA sədri ilə görüşdə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib

...

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Şərq qapısı" xəbər verir ki, baş nazir N.Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəliyinə sadiqliyini, sazişi imzalamağa hazır olduğunu vurğulayıb.
Görüşdə regional sabitlik və sülh naminə dialoqun, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Nəşr edilib : 23.04.2025 20:00