NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb

...

Avropa mediası yazır ki, Roma Papası Fransiskin ölümündən sonra vəsiyyətinin qeydiyyata alınması ilə bağlı proseslər uzun çəkməyəcək, çünki katolik kilsəsinin 226-cı rəhbərinin demək olar ki, əmlakı olmayıb.

"Şərq qapısı" “BBJ” nəşrinə istinadla xəbər verir ki, pontifikin aylıq maaşı 32 min dollar olsa da, sələflərindən fərqli olaraq heç vaxt bu pulları götürmür, xeyriyyə məqsədilə xərcləyirdi. O, həyatı boyu asketik prinsiplərinə riayət edirdi. Papanın bütün səfərlərinin xərclərini Vatikan ödəsə də, bu o demək deyil ki, o yoxsul idi. Sadəcə pulu özü üçün xərcləmirdi.

Media yazır ki, Papa Fransiskin həyatı bütün dünyanın dünyəvi və kilsəyə bağlı liderləri üçün bir nümunə olmalıdır. Onun əsl adı Xorxe Mario Bergolyodur. İnanclı bir yezuit olaraq bütün həyatını kasıblara və ehtiyac içində olanlara həsr edib və xüsusilə də 2013-cü ildə Roma Papası seçildikdən sonra heç vaxt maaşını almayıb.

O, maaşını ya Kilsənin ehtiyaclarına xərcləyib, ya da yeganə sağ qalan bacısı Mariya Yelena Bergolyoya hədiyyə edib (Papanın dörd bacısı olub, onlardan üçü artıq vəfat edib).

Perunun “Wapa.pe” saytının məlumatına görə, Xorxe Mario Bergolyo 13 mart 2013-cü ildə Roma Papası seçiləndə bacısına zəng edərək buyurmuşdu: “Salam, mən Xorxeyəm!”.

O an Mariya Yelena artıq seçkilərin nəticəsini bilirdi və onların hər ikisi ağlamağa başlayıb. Yəqin ki, bu, sevinc göz yaşları idi. Sakitləşdikdən sonra Papa bacısından xahiş edib ki, xəbəri ailənin digər üzvlərinə də çatdırsın.

"Əgər hamısına şəxsən özüm zəng etsəydim, Vatikanı müflis edərdim!" – deyə o, sonradan zarafat etmişdi.

Vatikan dünyanın ən zəngin təşkilatlarından biridir. Onun maliyyə vəsaiti 35 milyard dollar, incəsənət kolleksiyası isə 17 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, Vatikanın xəzinəsində səhmlər, qızıl, zərgərlik məmulatları və qiymətli daşlar saxlanılır.

Nəşr edilib : 23.04.2025 17:58