Kazım Hüseynəliyev: Naxçıvanda tekstil sənayesi ye...
13:06 30.06.2026
0
0
0
Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması bütün Türk dünyası üçün mühüm tarixi hadisədir. Yüz il əvvəl Bakıda Birinci Terkoloji Qurultayda əsası qoyulan ideyalar bu gün türk dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Özbəkistanın mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekov Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresdə çıxışı zamanı səsləndirib. Nazir bildirib ki, müasir dövrdə hər bir xalq öz milli kimliyini, dilini və mədəni irsini qorumaqla yanaşı, ortaq türk dəyərlərinin yaşadılması istiqamətində də birgə fəaliyyət göstərməlidir. O qeyd edib ki, bu baxımdan beynəlxalq konqreslər, elmi forumlar, mədəni layihələr, kitablar və filmlər xalqları bir-birinə daha da yaxınlaşdırır.
Nazir Özbəkistanda da Türk dünyasının ortaq tarixi və mədəni irsinin təbliği istiqamətində ardıcıl iş aparıldığını bildirib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən mədəniyyət layihələri, elmi təşəbbüslər və beynəlxalq əməkdaşlıq proqramları bu məqsədə xidmət edir. Çıxışının sonunda Ozodbek Nazarbekov türk xalqlarının ortaq tarixə, ortaq mədəniyyətə və ortaq gələcəyə malik olduğunu vurğulayaraq, bu birliyin gələcək nəsillər naminə daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Digər xəbərlər