NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

...

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Şərq qapısı" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində.

Nəşr edilib : 20.10.2026 09:01