“Könüllü DOST:” Könüllü addımlarla gələcəyə...
11:10 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
Daşkənd şəhərində “Yuksalish” Ümummilli Hərəkatı və Almaniyanın Konrad Adenauer Fondu tərəfindən birgə təşkil olunan “Mərkəzi Asiyanın gənc liderləri” regional proqramına start verilib. İlk dəfə təşkil edilən bu dialoq platformasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 20-dən çox gənc siyasətçi, deputat, dövlət qulluqçusu və ictimai xadim iştirak edir.
Tədbirlə bağlı özbəkistanlı jurnalist Ötkir Alimov məlumat verib.
Qeyd edilib ki, forumun əsas məqsədi Mərkəzi Asiya və Azərbaycanın gənc liderləri arasında qarşılıqlı etimadı və dostluğu möhkəmləndirmək, dövlət idarəçiliyi, parlamentarizm, iqtisadi islahatlar və ictimai fəallıq sahələrində təcrübə mübadiləsini təşviq etmək, eləcə də gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi üçün davamlı dialoq platforması formalaşdırmaqdır.
Tədbirin açılış mərasimində “Yuksalish” Hərəkatının sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri komitəsinin sədri Bobur Bekmurodov və Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, son illər Mərkəzi Asiyada qarşılıqlı etimada, mehriban qonşuluğa və praktiki əməkdaşlığa əsaslanan yeni siyasi mühit formalaşıb. Bu prosesdə dövlətlər arasında yüksək səviyyəli dialoqla yanaşı, gənc nəslin nümayəndələri arasında həmrəylik də mühüm rol oynayır.
Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov təmsil edir.
Proqrama əsasən, Azərbaycan nümayəndəsinin çıxışı nəzərdə tutulub. Bu, ölkələr arasında dövlət idarəçiliyi, gənclər siyasəti və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün əlavə imkanlar yaradır.
Azərbaycanın bu təşəbbüsdə iştirakı Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin yalnız ənənəvi diplomatik və iqtisadi istiqamətlərdə deyil, həm də gənclər diplomatiyası, ekspert dialoqu və vətəndaş cəmiyyəti institutları səviyyəsində inkişafına xidmət edir.
Dialoq oktyabrın 29-da dialoq Buxara şəhərində davam etdiriləcək.
Digər xəbərlər