NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Özbəkistan və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

...

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparatının rəhbəri Samir Ağabalayev mayın 12-də Özbəkistan Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə müdafiə sənayesi sahəsində münasibətlərin tənzimlənməsi üzrə mövcud qanunvericilik təcrübəsi müzakirə edilib.

Qeyd edək ki, hazırda S.Ağabalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir.

Səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Səfər mayın 15-də başa çatacaq.

Nəşr edilib : 13.05.2025 10:32