NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

...

Azərbaycanlı jurnalistlərin Özbəkistana səfəri çərçivəsində media nümayəndələri Daşkənddən Səmərqəndə yola düşüblər.

"Şərq qapısı" xəbər verir ki, jurnalistlər Daşkənd–Səmərqənd–Xivə marşrutu üzrə hərəkət edən sürət qatarı ilə təxminən 2 saat ərzində Səmərqəndə çatıblar. Qatarın sürəti 160–180 km/saat təşkil edib.

Azərbaycan media nümayəndələri Səmərqənd dəmir yolu vağzalında hərbi simfonik orkestr və milli çalğı ansamblı tərəfindən Azərbaycan və Özbəkistanın milli musiqilərinin sədaları altında qarşılanıblar.

Nəşr edilib : 20.08.2026 09:37