İdman liseyləri və Bülbül adına orta ixtisas musiq...
10:41 20.08.2026
0
0
0
Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə, 83 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
Digər xəbərlər