NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Ötən sutka ərzində 5 yanğın hadisəsinə çıxış həyata keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"Şərq qapısı" xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 5 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Naxçıvan şəhər Qaraçuq, Şahbuz rayon Nursu kəndlərində həyətyanı sahədə, Culfa rayon Ərəfsə kəndində dağlıq ərazidə açıq sahədə quru ot, kol-kos, Babək rayon Didivar kəndində həyətyanı və biçilmiş taxıl sahəsində, Babək rayon Cəhri qəsəbəsində isə məişət tullantısı olan ərazidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Nəşr edilib : 17.07.2025 11:33