NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ötən il Azərbaycanda 49 minə yaxın nikah bağlanıb

...

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halı qeydə alınıb.

"Şərq qapısı" Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü illə müqayisədə 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.

Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və Quba-Xaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.

2025-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 min 436 nəfər gələn, ölkədən isə 2015 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 1421 nəfər təşkil edib.

Nəşr edilib : 20.02.2026 19:14