NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ötən həftə 117 mina və 2254 partlamamış hərbi sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 30 mart – 5 aprel tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 83, tankəleyhinə 34 mina və 2 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 2278,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 06.04.2026 14:18