NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

...

Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 2 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Nəşr edilib : 16.10.2026 11:32