Latviya Prezidentinin şərəfinə rəsmi lanç
14:52 22.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, fevralın 21-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar sifariş əsasında müvəqqəti olaraq açılacaq.
Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azadkənd, Dəyrə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, şəbəkənin etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.
Digər xəbərlər