NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Ordubadda itkin düşdüyü deyilən şəxsin Türkiyəyə getdiyi məlum olub

...

"Şərq qapısı" xəbər verir ki, iki gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayan Ordubad rayon sakini, 1976-cı il təvəllüdlü Müşviq Firuddin oğlu Əkbərov tapılıb. Əldə etdiyimiz məlumata görə, polis tərəfindən aparılan araşdırmalar nəticəsində 50 yaşlı şəxsin Türkiyə Respublikasına getdiyi müəyyən edilib.

Nəşr edilib : 27.11.2026 11:57