NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Ordubad şəhərində yerləşən Sərşəhər meydanı bərpa olunacaq

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.
Bununla bağlı müqavilə bağlanılıb.
 Müqaviləyə əsasən Sərşəhər məscidi,  Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək.
Nazirlik sözügedən işlərin icrasını "Storm Building” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib. 
Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli Qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Nəşr edilib : 19.01.2025 13:09