NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ordubad rayonunun bəzi kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq

...

Yeni qaztənzimləyicinin quraşdırılması ilə Ordubad rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaqdır. Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüsnüs kəndlərində ( 917 abonent) sabah saat 11:00-dan 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Nəşr edilib : 20.08.2025 19:38