NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təlim keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 5 noyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında “Təşkilatdaxili konfliktlərin idarə olunması” mövzusunda təlim keçirilib. Keçirilən təlimdə konfliktlərin yaranması, inkişafı və həlli prosesləri müzakirə edilib. Bu mövzuda psixoloji amillərin əhəmiyyəti vurğulanıb. Həmçinin konfliktin mənbəyi, təzahürləri, növləri, inkişaf dərəcələri, nəticələri, həlli mexanizmləri, səbəblərinin tapılması, konfliktlərin dolayı və birbaşa idarəolunma prinsipləri, konfliktlərin həll edilmə üslubları haqqında ətraflı məlumat verilib.
Təlim zamanı konfliktin müxtəlif növləri (qruplararası, şəxsiyyətdaxili, şəxsiyyətlərarası, dövlətlərarası, ictimai), inkişaf dərəcələri (mövqe və prinsiplər, narazlılığın aradan qaldırılması və sair) bu sahədə olan mənəvi arqumentlər, irrasional arqumentasiya, çevikliyin itirilməsi, ifadələrin əhəmiyyəti, həmçinin davranış strategiyalarının seçilməsi, konfliktlərin inkişaf istiqamətlərinə uyğun olaraq eskalasiya və deeskalasiyası barədə məsələlərə toxunulub. Konfliktlərin yaratdığı fəsadlar, eləcə də həll edilməsi üslubları (rəqabət, razılaşma, əməkdaşlıq, güzəşt və sair) əyani nümayiş olunaraq geniş izahat verilib.
Təlimdə “Danışıqlar, ağıllı məqsədlər, prioritetlərin müəyyən olunması, özünə inam, ölçülü davranış modelləri, effektiv danışıqlar və bu danışıqlarda istifadə olunan güc formaları, xüsusiyyət və bacarıqlar, həmçinin vasitəçilik prinsipləri haqqında vacib nüanslar dinləyicilərin nəzərinə çatdırılıb. Keçirilən təlimin idarəetmədə əhəmiyyəti vurğulanaraq dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması və iş prosesində tətbiqinin zəruri olması qeyd olunub.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 05.11.2024 22:17