NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Önümüzdəki aylarda Naxçıvandan şəhid ailələri ilə birlikdə İğdıra səfər edəcəyik

...

"Mən vəzifəyə başladığım ilk gündən şəhid ailələri və qazilərlə işə xüsusi önəm verirəm". 

"Şərq qapısı" məlumat verir ki, bu fikirləri Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib. 

Baş konsul bildirib ki, mənim üçün ən önəmli məsələ Türkiyədəki şəhid ailələri ilə Naxçıvandakı şəhid ailələrini və qaziləri bir araya gətirməkdir. Onlar bir-birlərinin acılarını paylaşsınlar, dəstək olsunlar. Sıx-sıx qarşılıqlı ziyarətlər təşkil olunur. İnşallah, önümüzdəki aylarda Naxçıvandan şəhid ailələri ilə birlikdə İğdıra səfər edəcəyik. 

Diplomat əlavə edib ki, Qarabağ Zəfərindən sonra Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənib:

“İnşallah Zəngəzur dəhlizinin açılması ilə Türk dünyası birləşəcək, Naxçıvanın strateji mövqeyi daha da artacaq”, – deyə o qeyd edib.

Nəşr edilib : 22.08.2025 16:35