Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olunub:...
15:10 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
Fərdi məlumatların təhlükəsizliyinə dair tələblərin pozulması ilə bağlı şikayətlər olur.
"Şərq qapısı" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva aprelin 28-də Bakıda “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, süni intellektin tətbiqi əmək məhsuldarlığının artırılması, habelə inklüzivliyin daha səmərəli təmin olunması baxımından da əhəmiyyətlidir:
“Bununla belə, rəqəmsal texnologiyalardan istifadə digər sahələrdə olduğu kimi, əmək hüququ və məşğulluq sahəsində də yeni yanaşmaların tətbiqini vacib edir. Bütün hallarda süni intellekt konsepsiyasına keçid dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin olunması və texnoloji tərəqqinin insan hüquqlarına neqativ təsirlərinin minimuma endirilməsi ilə şərtlənir. Bu baxımdan, süni intellektin iş yerlərinə təsiri kontekstində bir neçə məsələyə xüsusi diqqət yetirmək istərdim”.
S.Əliyeva bildirib ki, fərdi məlumatların təhlükəsizliyinə dair tələblərin pozulması halları ilə bağlı Ombudsmana şikayətlər də daxil olur:
“Süni intellekt tərəfindən qəbul ediləcək qərarlarda qeyri-obyektivliyin və diskriminasiya hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı texniki həllərin tətbiqi də vacibdir. Belə ki, süni intellektin əvvəlki dövrlərə dair data analitikasına əsaslandığını nəzərə alsaq, gender və yaş ayrı-seçkiliyi hallarının təkrarlanması istisna edilmir. Hesab edirəm ki, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl sektorun birgə əməkdaşlığı çərçivəsində yeni texnologiyalarla bağlı hədəf qrupları üzrə təlimlərin keçirilməsi, təkrar təhsil imkanlarının genişləndirilməsi olduqca vacibdir”.
Digər xəbərlər