NAXÇIVAN :

13 Iyul 2026, Bazar ertəsi

Ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

...

Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

Xidmətdən verilən məlumata görə, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140 faizi), Zaqatalada 57 (aylıq normanın 74 faizi), Balakəndə 52 (aylıq normanın 67 faizi), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 metrə çatır.

Nəşr edilib : 08.07.2026 12:29