Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Ötən ay MDB dövlət başçılarının görüşü keçirildi və dövlət başçıları qarşımıza nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədini qoydular. MDB Dəmir Yolu Nəqliyyatı Şurası da bu məqsədlərin həyata keçirilməsi üçün təkliflər hazırlayır və bu təkliflər dövlət başçılarına təqdim olunacaq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində mətbuat nümayəndələrinə verdiyi açıqlamasında deyib.
O bildirib ki, təkliflər dövlət başçılarına təqdim olunduqdan sonra növbəti mərhələ üçün bu təkliflərin həyata keçirilməsi mərhələsi başlayacaq.
“Bu günə kimi şuranın 83 iclası keçirilib və hər iclasda bir sıra sənədlər imzalanıb ki, bunlar da gələcək fəaliyyətimiz üçün koordinasiya və plan rolunu oynayıb. İmzalanan sənədlər şuraya üzv dövlətlər arasındakı əlaqələrin hüquqi bazasını yaratmaqla yanaşı əməkdaşlıq əlaqələrinin inkişafına stimul verir. Fəaliyyətimiz nəticəsində irəliləyişlərə nail olunub. Qeyd edim ki, şura üzvü dövlətlər arasında 8 milyon 400 min sərnişindaşıma həyata keçirilib. Bugünkü iclasda yüklərin hərəkətinin tənzimlənməsi məsələləri də müzakirə olundu və bu, bizim əsas fəaliyyətimizdir. Yüklərin təhlükəsizliyi və mənzil başına vaxtında çatdırılması istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik. İclasda müzakirə olunmayan məsələlərin həllində də birgə səylərimizi davam etdirəcəyik. Rusiya, Azərbaycan və İranın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolu böyükdür. Bu sahədə əməkdaşlıq nəticəsində konteyner daşımaları 1,6 dəfə artıb. Gələcəkdə texnologiyaların tətbiqi ilə tikiləcək yeni infrastruktur bu istiqamətdə yükdaşımaları daha da artıracaq”, - deyə Oleq Belozyorov əlavə edib.
Digər xəbərlər