İndiana ştatında fırtına və daşqınlar nəticəsində ...
02:16 17.08.2026
0
0
0
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
"Şərq qapısı" xəbər verir ki, Türkiyə parlamenti sədrinin sosial media paylaşımında deyilir: “Faciənin 34-cü ildönümündə Xocalıda şəhid olan qardaş və bacıların xatirəsini səmimi-qəlbdən yad edirəm və Azərbaycan xalqının ağrısını bölüşürəm”.
Numan Kurtulmuş “Bir millət, iki dövlət” kəlamı işığında “dost və qardaş Azərbaycana sarsılmaz dəstək və həmrəylik” ifadə edib.
Digər xəbərlər