103 yaşlı həmişəcavanımız
13:34 22.11.2024
0
0
0
“Şərq qapısı” xəbər verir ki, anım mərasimində əvvəlcə türk xalqının böyük xilaskar oğlu Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya abidə önünə əklil qoyub.
Dövlət qurumlarının nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş konsulluğunda davam etdirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, çıxışlarda Mustafa Kamal Atatürkün həyatı və hərbi-siyasi fəaliyyətindən bəhs olunub, videoçarxlar nümayiş etdirilib.
Digər xəbərlər