Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
NAXÇIVAN :
18 Mart 2025, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Novruz bayramı ilə bağlı keçiriləcək məkanlarda zəruri tədbirlər həyata keçirilir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhərində Əcəmi seyrangahında keçiriləcək Bahar festivalında və muxtar respublikanın rayonlarında təşkil olunacaq bayram tədbirlərində sakinlərin və qonaqların rahatlığını, təhlükəsizliyini təmin edilməsi ilə bağlı olaraq zəruri tədbirlər həyata keçirilir.
Belə ki, İdarə əməkdaşları tərəfindən ərazilərdə quraşdırılan iaşə köşklərində və ətraf ərazilərdə aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici söhbətlər aparılır və profilaktik tədbirlər görülür.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar keçiriləcək müxtəlif mərasimlər zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı və tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışacaq.
Digər xəbərlər