Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin əməkdaşlarına Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən seminar-treninqdə çıxış edən nazirlik aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muxtar respublikamızın əcnəbi qonaqların ən çox üz tutduğu məkanlardan birinə çevrilməsi muzey əməkdaşlarının qarşısına həm də yeni tələblər qoyur. 2015-ci ildən başlayaraq hər ay keçirilən seminar-treninqlər muzey işinin müxtəlif sahələrinə həsr olunmaqla, hərtərəfli, yüksək peşə biliklərinə malik muzey əməkdaşlarının hazırlanması işinə xidmət edir.
Vurğulanıb ki, muzey bələdçisini şərtləndirən əsas amillər onun, ilk növbədə, ali təhsili olması, xarici görkəmi, səlis nitqi, əhatəli dünyagörüşü, intellektual səviyyəsi, etik davranış qaydaları, zərif duruş və kübar hərəkətləri, xüsusi geyim norması, auditoriyanı ələ almaq bacarığı və ən azı bir xarici dil bilməsidir. Bələdçi tutduğu vəzifənin aliliyini dərk etməli, xalqımızın milli-mənəvi dəyərlərini uca tutmalı, milli mentalitetimizə uyğun davranmalıdır. Bələdçilər muzeylərə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, muzeylərdə qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. Ekskursiya zamanı bələdçinin jestləri ifrat dərəcədə olmamalı, geyim normalarına ciddi riayət etməli, yaranan hər hansı bir vəziyyətdən ustalıqla çıxış yolu tapmalı, heç bir halda kobudluq etməməlidir.
Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin bələdçisi Səadət İsgəndərova Tarixi-mədəni irsin qorunmasında və təbliğində muzeylərin, muzey bələdçilərinin üzərinə mühüm vəzifələr düşür. Bələdçilər belə mədəniyyət müəssisələrinə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, muzeylərdə qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. Bunun üçün hazırlanmış metodik tövsiyələr mühüm əhəmiyyət daşıyır və bələdçilər həmin tövsiyələrdən istifadə edərək qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ bilərlər.
Seminar-treninqin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Digər xəbərlər