“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqli...
19:43 22.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Çap əsərlərinin biblioqrafik təsviri” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, kitabxanaçı peşəkarlığı, öz təcrübəsi ilə seçilməli və oxucu maraqlarını nəzərə alaraq daim bilik və bacarıqlarını artırmalıdır. Kitabxanaçının təcrübədə qazandığı bilik və bacarıq onun fəaliyyətinin təkmilləşməsində mühüm rol oynayır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının baş kitabxanaçısı İsmayıl Quliyev “Çap əsərlərinin biblioqrafik təsviri” mövzusunda çıxış edərək bildirib ki, biblioqrafik təsvir sənəd haqqında biblioqrafik məlumatları əks etdirir. Bu məlumatlar sahə və ünsürlərin tamlığını və ardıcıllığını təyin edən, sənədlərin ümumi əlamətlərinin eyniləşdirilməsi üçün nəzərdə tutulan müəyyən qaydalar üzrə göstərilir. Sənədlər biblioqrafik təsvirdə elə əks olunmalıdır ki, oxucu kitab haqqında ən mühüm məlumatı əldə edə bilsin. Təsvirin ünsürləri dəqiq, düzgün, konkret, məntiqi ardıcıllıqla verilməlidir. Təsvirin tərtib edilməsinin obyektini bütün dərc edilən sənəd növləri – kitablar, seriyalı və digər nəşri davam edən resurslar, notlar, kartoqrafik və audiovizual sənədlər, təsviri-incəsənət, normativ-texniki sənədlər, mikrofilmlər, elektron informasiya resursları və s. təşkil edir. Təsvirin quruluşundan asılı olaraq birsəviyyəli və çoxsəviyyəli biblioqrafik təsvirlər müəyyən edilir.
Sonra mövzu ilə bağlı slayd nümayiş edilib, kitabxana əməkdaşlarının sualları cavablandırılıb.
Digər xəbərlər