AMEA Naxçıvan Bölməsində keçirilən konfrans konsti...
16:16 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
"Şərq qapısı" xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə "Elektron mühitdə mütaliə imkanları" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov açaraq qeyd edib ki, müasir dövrümüzü internetsiz təsəvvür etmək qeyri-mümkündür. Artıq adi kitabları elektron kitablar əvəz etməkdədir. Belə kitabları geniş oxucu kütləsinə çatdırmaq üçün kitabxanalar kompüter və internet ilə təchiz olunub. Kitabxanaların işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən, internetdən istifadə oxucuların informasiya əldə etməsinə xidmət edir.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov, Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin Kitabxanasının müdiri Emelya Süleymanova, kitabxanaçı Firəngiz Əliyeva çıxış edərək bildiriblər ki, elektron kitablar, kitabxanalar internet əsri adlandırdığımız müasir dövrün tələbidir. İndi yeniyetmə və gənclər kitabları elektron şəkildə oxumağa üstünlük verirlər. Müasir dövrdə cəmiyyət üzvlərinin mütaliəsini inkişaf etdirmək üçün elektron kitabxanaların əhəmiyyətini qeyd etmək vacibdir. Xüsusilə gənclərin istifadə etdikləri elektron vəsaitlər onların ixtisaslarını artırmaqda və müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Digər xəbərlər