NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Növbəti maarifləndirici tədbir keçirilib

...

Culfa şəhərində “Qadınların ailə daxilində bütün hüquqlarının müdafiə olunması, dini və mədəni adət-ənənələrin qadınların hüquqlarını pozmaması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elçin Məmmədəliyev cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə çıxış edərək bildirib ki, cəmiyyətin formalaşmasında, eyni zamanda gənc nəslin milli dəyərlər, ənənələr əsasında tərbiyə olunmasında qadınların rolu böyükdür. Qadınlarımız bu gün ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında fəal iştirak edir, öz bilik və bacarıqlarını dövlətimizin inkişafına və güclənməsinə yönəldirlər. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə Prezidentinin imzaladığı müvafiq fərman və sərəncamlar qadınların ailə daxilində bütün hüquqlarının müdafiə olunması istiqamətində  atılmış ən mühüm addımlardandır. Azərbaycan qadınları kişilərlə bərabər cəmiyyətdə gedən sosial və siyasi proseslərdə, istehsal sahələrində, mədəniyyətdə və insan həyatına xas ola digər sahələrdə aktiv fəaliyyət göstərərək öz spesifik, demoqrafik xüsusiyyətlərilə fərqlənən bir sosial qrup kimi tarixin gedişinə təsir etmiş, cəmiyyətin inkişafının müəyyənləşməsində mühüm rol oynamış və oynayacaqdır.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Pəri Heydərova qeyd etmişdir ki, cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılması çox vacibdir.
42 nəfərin cəlb edildiyi tədbir diskussiya xarakterli olub.

Nəşr edilib : 08.04.2025 16:54