Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ...
21:17 18.04.2025
0
0
0
16 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin Sanitar-Karantin Şöbəsinin müdiri Qurbani İbrahimov
çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb. Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi tədbir diskussiya xarakterli olub.
152 nəfərin yararlandığı seminarın sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər