NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Nepalda 7 bal gücündə zəlzələ baş verib

...

Nepalda Lobuçe yaşayış məntəqəsindən 90 kilometr məsafədə 7 bal gücündə zəlzələ baş verib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Nepalın əksər bölgələrində, xüsusən də ölkənin şərq və mərkəzi hissələrində hiss olunub.

İlkin məlumata görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin törətdiyi fəsadlar dəqiqləşdirilir.

Nəşr edilib : 07.01.2025 10:37