NAXÇIVAN :

23 Fevral 2025, Bazar

"Nəğməkar şair İslam Səfərli – 102" adlı tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli şairi İslam Səfərlinin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Nəğməkar şair İslam Səfərli – 102" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "İslam Səfərli yaradıcılığının Ədəbiyyat Muzeyində təbliği", Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Əliyev "İslam Səfərli yaradıcılığı", Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli "İslam Səfərli xatirələri" mövzularında çıxış ediblər. 
Sonra rəssam İlham Səfərlinin "Bakı sabahın xeyir" adlı əsərinin surətini rəssam Əli Səfərli Ədəbiyyat Muzeyinə hədiyyə edib.
 Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllim və şagirdlərinin hazırladığı musiqi nömrələri ifa edilib.

Nəşr edilib : 12.02.2025 20:46