“Sudan səmərəli istifadənin təşkili” mövzusunda nö...
19:25 29.04.2025
0
0
0
NAXÇIVAN :
29 Aprel 2025, Çərşənbə axşamı
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində Elm və Yaradıcılıq Sərgisi təşkil olunub.
Sərgidən öncə universitetin rektoru Elbrus İsayev məktəbin I və VI sinif şagirdlərinin valideynləri və müəllim heyəti ilə görüş keçirib. Görüşdə NDU-nun Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev, akademik koordinator, müəllim Fabian Chavez iştirak edib.
Rektor məktəbin fəaliyyətini, tətbiq olunan müasir tədris metodlarını, şagirdlərin yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafına xidmət edən layihələri yüksək qiymətləndirib. Vurğulayıb ki, Kembricdə şagirdlər ingilis dilində təhsil alsalar da, Azərbaycançılıq ideologiyasına, milli adət-ənənələrə və mənəvi dəyərlərə sadiqlik əsas prioritet kimi qorunur. Görüş zamanı rektor gözlənilən yeniliklər barədə məlumat verib, yaxın günlərdə şagirdlərə dərs prosesində istifadə üçün planşetlərin təqdim ediləcəyini, ölkə Prezidentinin Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Batabat Astrofizika Rəsədxanasının imkanlarından istifadə edilməsi istiqamətində işlərin aparıldığını və axşam saatlarında şagirdlər üçün teleskop vasitəsilə səma müşahidələrinin təşkil olunacağını qeyd edib. Eyni zamanda "Yay məktəbləri" barədə məlumat verərək şagirdlər üçün İngiltərənin Nottingem şəhərinə iki həftəlik təhsil səfərlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdən sonra məktəbin 6-cı sinif şagirdlərinin hazırladığı əl işlərindən ibarət 20 elmi layihənin təqdim olunduğu sərgiyə baxış olub. Rektor Elbrus İsayev bu şagirdlərin gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yeni texnologiyalarla ayaqlaşmağı bacaran, təşəbbüskar gənclər olaraq ölkəmizin inkişafına töhfələr verəcəyini bildirib.
Qeyd edək ki, sərgidə layihələr 4 kateqoriyda 2- fizika, 1 riyaziyyat, 10 kimya və biologiya, 7 STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) olmaqla hər biri maraqlı və innovativliyi ilə diqqət çəkib. Eyni zamanda sərgidə rəsm bölməsində şagirdlərin müxtəlif mövzularda çəkdikləri rəsm işləri də sərgilənib. Qeyd edək ki, sərgidə 6-cı sinif şagirdlərinin hər biri iştirak edib, bütün layihələr şagirdlərə aid olub və müəllimlərin pedaqoji rəhbərliyi ilə hazırlanıb.
Sərgi şagirdlərin elmi və yaradıcılıq potensialını nümayiş etdirmək mahiyyəti daşıyıb və Naxçıvan məktəbliləri arasında bu istiqamətdə ilk tədbir olub. Ümumilikdə, sərgi şagirdlərə tədqiqat, təqdimat və yaradıcı ifadə bacarıqlarını inkişaf etdirmək üçün geniş imkan yaradıb. Onların əldə etdikləri biliklər praktiki şəkildə nümayiş etdirilib və həmyaşıdları ilə paylaşılıb.Tədbir, eyni zamanda Kembric kurikulumunun layihə əsaslı öyrənmə fəlsəfəsinə uyğun təşkil olunub.
Qeyd edək ki, sərgiyə bütün Naxçıvan ictimaiyyəti dəvət olunub.
Digər xəbərlər