NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

NDU Gimnaziyasının şagirdi ölkəmizi Dünya Robot Olimpiadasında təmsil edəcək

...

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilisdilli Təmayüllü Gimnaziyanın şagirdi Hüseyn Tahirov VII Respublika Robot Olimpiadasında böyük uğura imza ataraq Robosports kateqoriyasında I yerin qalibi olub.
Bakı şəhərində yerləşən Milli Gimnastika arenasında 20-22 sentyabr tarixlərdə keçirilən bu nüfuzlu yarış, Gənclər və İdman Nazirliyi Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə baş tutub. Olimpiada ölkə üzrə gənclərin texnoloji bilik və bacarıqlarını nümayiş etdirmək, robotexnika sahəsində gələcək mütəxəssisləri yetişdirmək üçün böyük bir platformadır.
O, İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında Robosports kateqoriyası üzrə ölkəmizi təmsil edəcək. Bu beynəlxalq yarış dünyanın müxtəlif ölkələrindən ən yaxşı robotexnika mühəndislərinin və texnologiya həvəskarlarının bir araya gəldiyi möhtəşəm bir tədbirdir.

Nəşr edilib : 22.09.2024 16:42