Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezi...
20:32 03.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən toxum tədarükünə başlanılıb.
"Şərq qapısı" xəbər verir ki, “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən tinglik sahələrində yetişdiriləcək ağac və kol bitkilərinin artırılması, yerli iqlim şəraitinə uyğun sağlam və keyfiyyətli tinglərin əldə olunması məqsədilə badam, püstə və alça meyvələri toplanılıb.
Regionda yaşıllıq sahələrinin genişləndirilməsi, meşəsalma və meşəbərpa tədbirlərinin davamlılığının təmin edilməsi məqsədilə digər ağac və kol bitkilərinin toxumlarının tədarükünə başlanılacaqdır.
Digər xəbərlər