Gürcüstanda ilk azərbaycanlı qadın deputat haqqınd...
00:03 05.08.2026
0
0
0
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi tələbələrinin Türkiyənin aparıcı ali tibb təhsili müəssisələrində keçdikləri beynəlxalq yay təcrübəsi proqramının yekunlarına həsr olunan hesabat tədbiri keçirilib.
"Şərq qapısı" xəbər verir ki, universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının tərəfdaş universitetləri arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumları, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 8.9.5-ci bəndinin icrası çərçivəsində 6-17 iyul 2026-cı il tarixlərində beynəlxalq yay təcrübəsi proqramı uğurla həyata keçirilib. Rektor beynəlxalq təcrübə proqramlarının tələbələrin peşəkar hazırlığının gücləndirilməsində, nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsində və beynəlxalq tibbi təcrübənin mənimsənilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra qrup rəhbərləri Cerrahpaşa, Ankara, Gazi, Dokuz Eylül, Akdeniz və Karadeniz Teknik universitetlərində keçirilən təcrübələrin nəticələrinə dair təqdimatlarla çıxış edərək tələbələrin klinik hazırlıq prosesi, qazandıqları praktik bacarıqlar və əldə etdikləri təcrübə haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, proqram çərçivəsində universitetin Tibb, Hərbi tibb, Tibb (tədris ingilis dilində), Tibb SABAH qrupları, Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq və Psixologiya ixtisaslarında təhsil alan 221 tələbə, eləcə də 21 nəfər professor-müəllim heyəti Türkiyənin 6 nüfuzlu ali tibb təhsili müəssisəsində təcrübə və ixtisasartırma proqramlarında iştirak ediblər.
Digər xəbərlər