TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Xəbər verdiyimiz kimi 10-12 iyun tarixlərini əhatə edən karyera sərgisi 2 çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Texniki Kollecində "Dövlət qulluğuna qəbul" mövzusunda təlim keçirilib. Təlimdə ali təhsil ocağının son kurs tələbələri iştirak ediblər.
Universitetin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi tələbə və məzunlara əmək bazarındakı imkanları daha yaxından tanıtmaq, işəgötürən şirkət və təşkilatlarla birbaşa ünsiyyət qurmaq imkanı yaratmaq məqsədi daşıyır. Həmçinin məzunların ixtisaslarına uyğun işlə təmin olunmasını asanlaşdırmaq, dövlət və özəl sektorda karyera imkanlarını genişləndirmək və etibarlı kadr bazası formalaşdırmaq imkanı təklif edir. Qeyd edilib ki, iki gün davam edəcək sərgi çərçivəsində müxtəlif istiqamətli təlimlərin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun baş məsləhətçisi Həsənağa Hüseynov təlim keçib. Təlimçi dövlət qulluğunun mahiyyəti, dövlət qulluqçuları üçün təminatlar, qəbul və imtahan mərhələləri, vəzifə qrupları üzrə keçid balları və qiymətləndirmə meyarları barədə ətraflı təqdimatla çıxış edib. Həmçinin nazirliyin əsas fəaliyyət istiqamətləri və Naxçıvan Dövlət Universiteti ilə qurulan səmərəli əməkdaşlıqdan bəhs edib.
Təlim zamanı iştirakçılara dövlət qulluğunun üstünlükləri, tətbiq olunan yeni yanaşmalar, hüquqi çərçivə və gələcək perspektivlər izah olunub. Təlim dövlət idarəçiliyi sahəsinə marağın artırılması və bu istiqamətdə motivasiyanın gücləndirilməsi baxımından tələbələr üçün xüsusi əhəmiyyət daşıyıb.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, karyera sərgisi 2 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilir.
Digər xəbərlər