Azərbaycan və Slovakiya arasında hərbi sahədə əlaq...
15:59 29.10.2026
0
0
0
Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün oktyabrın 29-da Gürcüstana gəlib.
"Şərq qapısı" xəbər verir ki, oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və İrakli Kobaxidzenin həmsədrliyi ilə Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Komissiyanın iclasında iki ölkə arasında iqtisadi, ticari, nəqliyyat, energetika, loqistika, eləcə də mədəni və humanitar sahələrə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. İclasın sonunda yekun sənəd imzalanacaq. Həmçinin, Baş nazirlərin təkbətək görüş nəzərdə tutulub.
Azərbaycan Hökumətinin başçısı Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.
Digər xəbərlər