NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yalnız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.

"Şərq qapısı" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır.

Onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir.

Həmin proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun icrasını təmin edir.

Nəşr edilib : 17.02.2026 17:22