NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Nazir: “Toxumçuluq haqqında” yeni qanun toxum istehsalının artmasına xidmət edəcək

...

Toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək.
“Şərq qapısı”  xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda keçirilən konfransda 
bildirib.
O qeyd edib ki, ölkəmizdə elmi-tədqiqat institutları ilə özəl toxumçuluq təsərrüfatlarının sıx əməkdaşlıq etməsi, elm və istehsalat əlaqələrinin güclənməsi özəl sektorun yeni yaradılmış bitki sortlarına marağını artırır. Seleksiya nailiyyətlərinin qeydiyyatı və toxum sertifikatlaşdırılması proseslərinin institusional potensialının gücləndirilməsi istiqamətində FAO ilə birgə layihələr həyata keçirilir.
M.Məmmədov vurğulayıb ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sort və hibridlərin yaradılmasından asılıdır. Bu işdə alimlərimizin üzərinə xüsusi vəzifələr düşür. Bu istiqamətdə özəl sektor nümayəndələrini alimlərlə birgə tədqiqat işlərində iştirak etməyə çağırıram”, - deyə nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində iqlimə dayanıqlı toxum sortlarının yetişdirilməsi istiqamətində də işlər aparılır.

Nəşr edilib : 22.10.2025 22:02