Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
Bu gün ikiqat sevincliyik, Bilik gününü Şuşa məktəbində qeyd edirik. Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra həmin torpaqlarda da tədris ilinə başlayırıq. Bu da bizim sevincimizə əlavə rəng, sevinc qatır. Allahdan şəhidlərimizə rəhmət diləyir, Ali Baş Komandana, Ordumuza təhsil işçiləri adından minnətdarlığımı bildirirəm.
Bunu Şuşada jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu il Şuşa, Xocalı və Xankəndi şəhərlərində məktəblər açılır. Cəbrayıl şəhər məktəbinin də açılışı bu il üçün planlaşdırılır. Kəlbəcər şəhərində də məktəb bu il istifadəyə veriləcək. “Füzuli şəhərində 1 nömrəli məktəbdə artıq tədris tam təşkil olunub, şagird sayı 500-ə çatır. Laçın şəhər 2 nömrəli məktəb, Ağalı kənd məktəbi, Zabux kənd məktəbi və Talış kənd məktəbi də fəaliyyətini davam etdirir. Bu il Sus kənd məktəbinin də açılışı planlaşdırılır. Ümumiyyətlə, hazırda 30-a qədər məktəbdə tikinti-bərpa işi gedir. Bundan başqa, bu il çox böyük sevinc hissi ilə Qarabağ Universitetinin açılışını planlaşdırırıq. Qarabağ Universitetinin Azərbaycanın ən qabaqcıl universitetlərindən birinə çevriləcəyinə inanırıq”, - deyə E.Əmrullayev əlavə edib.
Digər xəbərlər