Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
Bu gün Naxçıvanda Azərbaycan-Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Çinin Azərbaycandakı səfiri Lu Mey Naxçıvana gəlib. Mərasimdən sonra təhsil naziri Emin Əmrullayev jurnalistlərə layihə barədə məlumat verib: "Layihə bildiyiniz kimi, daha çox maddi dəstək xarakteri daşıyır. Layihə 216 məktəbin rəqəmsallaşdırılması, fiber-optik internetə qoşulması, 2300 planşetin şagirdlərə verilməsi, həmçinin bu işin təşkili üçün zəruri olan server və data mərkəzinin qurulmasını, o cümlədən 24 məktəbin kameralaşdırılması və idarəedilməsini özündə birləşdirir".
Təhsil naziri bildirib ki, burada söhbət Azərbaycana maddi yardım kimi yox, konkret infrastruktur və avadanlıqların verilməsindən gedir: "Bu avadanlıqlar Naxçıvan Muxtar Respublikasının məktəblərində rəqəmsallaşmanı, elektron təhsil sisteminin qurulmasını və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir".
Elm və təhsil naziri Emin Əmrullayev, həmçinin vurğulayıb ki, hazırda Naxçıvan Muxtar Respublikasında məktəblərin optimallaşdırılması nəzərdə tutulmur. O bildirib ki, yaxın 3 il ərzində elə bir plan yoxdur.
Digər xəbərlər