Vətəninə, torpağına bağlı idi
21:22 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Azərbaycan ilə Latviya arasındakı münasibətlər xoş tarixi ənənələrə söykənir. XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssamları və musiqiçiləri Azərbaycanda yaşayıb, ölkəmizin tərəqqisinə öz töhfələrini veriblər.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev söyləyib.
O bildirib ki, bu il yanvarın 11-də Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və əməkdaşlığımız bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf edib. “Azərbaycan Prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü olub. Riqada Xarici işlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir”, - deyə nazir müavini vurğulayıb.
O əlavə edib ki, Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır.
“Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan ilə Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək”, - deyə nazir müavini bildirib.
Digər xəbərlər