NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Nazir: KOB-ların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir

...

BMT-nin statistik məlumatına əsasən, KOB-lar dünya üzrə məşğulluğun 70 faizini təşkil edir, qadınlar, gənclər və həssas qruplar arasında iş yerlərin yaradılmasında mühüm rol oynayır.

Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, KOB-ların fəaliyyəti qlobal karbon emissiyalarının artırılmasında da əhəmiyyətli paya malikdir. Bu baxımdan, onların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir.

“Bununla yanaşı, “Məsuliyyətli istehlak və istehsal” 12-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq, təmiz və səmərəli istehsal metodlarının tətbiqi, resursların daha məsuliyyətli istifadəsinə və ekoloji risklərin azaldılmasına töhfə verir. Qeyd etmək lazımdır ki, yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır. Yaşıl enerji sahəsində dövlət tərəfindən atılan addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir. Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. KOB-lar dayanıqlı infrastruktur yaratmağa və yaşıl texnologiyalardan istifadə etməyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcəkdir, - deyə nazir qeyd edib.

Muxtar Babayev diqqətə çatdırıb ki, KOB-ların bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir: “BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur. “Yaşıl kredit”lər, “yaşıl istiqraz”lar, Ekoloji, Sosial, Korporativ İdarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə, KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymalarını asanlaşdırmaq lazımdır”.

Nəşr edilib : 09.09.2024 11:20