Təhlükəsiz qida ilə daha sağlam həyata
17:03 25.09.2026
0
0
0
"Şərq qapısı"nın xəbərinə görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əmrah Nağıyev adı açıqlanmayan vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlardan, ümumilikdə, 10 min manata yaxın pul vəsaiti alaraq övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində o, saxlanılıb və pul vəsaiti aldığı müəyyən edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Digər xəbərlər