Təhlükəsiz qida ilə daha sağlam həyata
17:03 25.09.2026
0
0
0
Azərbaycan "Carlsberg Group" şirkəti ilə pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu müzakirələr ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşdə aparılıb.
Nazir görüşdə "Carlsberg Group"la əməkdaşlığın inkişaf istiqamətlərini, 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlərini müzakirə edib.
O qeyd edib ki, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər