Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
Naxçıvan gəncləri öz istedad və təşəbbüsləri ilə muxtar respublikada bir ilkə imza ataraq süni intellekt inteqrasiyalı danışa bilən robot prototipi hazırlayıblar. Biz də həmin gənclərlə görüşüb bu barədə daha ətraflı məlumat aldıq. Layihə rəhbəri Şəmil Əhmədov bildirir ki, yaxın dostu Mirdaməd Seyidov və robot texnologiyaları sahəsinə maraqlı olan gənclərimiz 11-ci sinif şagirdi Məhəmmədəli Hacıyev və 10-cu sinif şagirdi Abbas Zeynalovla birlikdə bu robotu ərsəyə gətiriblər. Müəyyən çətinliklərlə rastlaşsalar da, 55 günlük zəhmətin ardından bu layihəni həyata keçirə biliblər.
Şəmil Əhmədov deyir ki, “Robogenius” komandası olaraq bu günə qədər bir çox layihələr hazırlayıblar. Və ən sonda süni intellekt inteqrasiya etdikləri robotları – Markusu düzəldiblər. Markus olduqca unikal xüsusiyyətlərə malikdir. Markus adlı bu robot çənəsini və gözlərini hərəkət etdirir və insanlarla interaktiv ünsiyyət quraraq istənilən suala dərhal cavab verə bilir, həm də Azərbaycanda texnologiya inkişafının yeni bir mərhələsini təmsil edir. Gənclərimiz bu layihələrini bütün ölkəyə tanıdıb istedadlı gənclərdə yüksək motivasiya yaratmağı hədəfləyirlər. Onlar bu sahədə özlərini təkmilləşdirərək layihələrini qlobal arenaya çıxarmağı və texnologiyanın gələcək inkişafına öz töhfələrini verməyi arzulayırlar. Qeyd edirlər ki, maddi-texniki bazaları müasir tələblərə cavab verərsə, onlar daha böyük uğurlara imza ata bilərlər.
Müsahibimiz onu da diqqətimizə çatdırdı ki, Markus layihəsi və bir sıra layihələrimiz təkcə texnologiya sahəsində deyil, həm də cəmiyyətə faydalı olacaq bir çox sahədə böyük dəyişikliklərə yol aça bilər. Bütün layihələrimizi genişləndirmək və təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik. Biz də öz növbəmizdə gənclərə uğurlar arzulayırıq.
Cavanşir BAĞIRLI
Digər xəbərlər