Azərbaycan-İran birgə hərbi təliminin açılışı olub...
16:15 19.05.2025
0
0
0
Naxçıvanda fəaliyyət göstərən “Qalatasaray” Futbol Məktəbinin üzvü, Şərur rayonunun Alışar kəndindən olan Kamal Əsədullayev Türkiyənin Antep şəhərində təşkil olunan turnirdə fəal iştirakından sonra Qalatasaray Akademiyasının seçmələrinə dəvət alıb.
Kamal 2016-cı il təvəllüdlüdür və 3 aydır ki, “Qalatasaray” Futbol Məktəbində məşqlərə qatılıb. Qeyd edək ki, Kamal seçmələrə qapıçı kimi dəvət alıb.
Kamalın bu uğuru ailəsi və sevdikləri ilə yanaşı, məşqçisi və futbol məktəbinin direktorunu da sevindirib.
Futbol məktəbinin direktoru Çingiz Qurbanov sevincini bölüşərək dedi: “Kamalın Qalatasaray Akademiyası seçmələrinə dəvət alması hamımız üçün qürurvericidir. Onun gələcəkdə daha yaxşı yerlərdə olacağını bilir və uğurlarının davamını diləyirik. Kamal kimi bütün uşaqlarımızın gələcəyinin parlaq olması üçün əlimizdən gələn hərşeyin daha artığını edəcəyimizə söz veririk. Kamal muxtar respublikada gənc isdedadlara bir işıq olacaq. Biz buna inanırıq və Kamal özü kimi istedadlı uşaqlarımızın daha yüksək yerlərə gələ biləcəyini hamımıza sübut edəcək”.
Əmisi şəhid Kamal Əsədullayevin adını daşıyan balaca Kamal aldığı bu xəbərə görə çox sevindiyini və tək xəyalının Qalatasaray Futbol Komandasında oynamaq olduğunu bildirdi.
Digər xəbərlər